Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağstafada qəza baş verib: 5 nəfər yaralanıb

Ağstafada qəza baş verib: 5 nəfər yaralanıb

Tarix: 28 Oktyabr 2021 21:42

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hadisə rayonun Muğanlı kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 21011" markalı minik maşını ilə "BMW" markalı avtomobil toqquşub.

Qəza zamanı 1966-cı il təvəllüdlü Qədimov Ramazan Süleyman oğlu, 1992-ci il təvəllüdlü Omarov Şahlar Asiman oğlu, 1982-ci il təvəllüdlü Abbasov Mövsüm Nadir oğlu, 1977-ci il təvəllüdlü Orucov Vəli Hacımurad oğlu və 1965-ci il təvəllüdlü Orucova Ayxanım Kağı qızı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Ağstafada qəza baş verib nəfər yaralanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ