Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Oktyabr 2021 14:06
Nizami rayonu Yavər Səfərov küçəsinin sakini Hacınisə Qurbanova "Problem"in qaynar xəttinə şəxsi problemini deyil, cəmiyyət, insanlıq üçün önəmli olan bir problemi çatdırıb.
Sonxeber.net Real TV-yə istinadən xəbər verir ki,o yaşadığı ərazidə su borusunun partlamasını, günlərdir içməli suyun fasiləsiz olaraq axıb getdiyini həyəcan siqnalı olaraq bizə çatdırıb. İsraf olunan suya görə narahat olan sakin həmin suyun yarada biləcəyi başqa problemlərin olacağını da istisna etmir.
Sakinin bu problemini "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə çatdırdıq. Ərazi məlumatlarını quruma bildirdikdən sonra qısa müddətdə problemin aradan qaldırıldığını diqqətimizə çatdırdılar. Elə şikayətçimiz də deyilən faktı təsdiqlədi.
Problemin həllinə görə "Problem" verilişinə minnədar olan Hacınisə Qurbanova bunun sübutu kimi qaynar xəttimizə yeni bir video göndərdi. Həqiqətən də həmin videoda artıq heç bir axıntının olmadığını görə bilirik. Təki bütün problemlər belə operativ şəkildə həllini tapsın.