Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Oktyabr 2021 16:25
Bəzi xəbər saytlarında Əməkdar artist Dilarə Əliyevanın ARB telekanalından ayrılması ilə bağlı əsassız məlumatlar yayılıb.
Məsələ ilə bağlı açıqlama verən "ARB Media Qrup"un mətbuat xidmətinin rəhbəri Mail Əsgərov bildirib ki, aparıcı kanalda fəaliyyətini davam etdirir və onun hansısa səbəbdən ayrılması barədə yayılan məlumatlar şayiədir.
"Dilarə Əliyeva kanalın ilk uğurlu transferlərindəndir və hazırda o, iş başındadır", - o bildirib.