Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ”, yoxsa “Neftçi”?

“Qarabağ”, yoxsa “Neftçi”?

Tarix: 30 Oktyabr 2021 08:14

Bu gün Azərbaycan Premyer Liqasında IX tura start veriləcək.

Milli.Az apasport.az-a istinadən bildirir ki, ilk gündə iki oyun baş tutacaq.

İlk olaraq meydana paytaxt komandaları çıxacaq. "Zirə" doğma arenasında "Keşlə"ni sınağa çəkəcək. Ötən tur məğlubiyyətə düçar olan komandalar bu dəfə vəziyyəti düzəltməyə çalışacaq. "Zirə" ilk "üçlük"dən uzaqlaşmamaq, "Keşlə" isə rəqibinə yaxınlaşmaq üçün qələbə qazanmağa çalışacaq.

Ardından mövsümün dörd mərkəzi matçından ikincisi keçiriləcək. Çempionluğa iddialı əzəli rəqiblər "Qarabağ"la "Neftçi" birincilərin meydanında üz-üzə gələcək. Ölkə çempionatlarında 85-ci dəfə baş tutacaq Azərbaycan derbisi öncəsi hər iki komandanın eyni xalla zirvəni bölüşməsi görüşə marağı ikiqat artırır.

Qeyd edək ki, turun "Qəbələ" - "Sabah" (16:00) və "Sumqayıt" - "Səbail" (18:15) oyunları sabah keçiriləcək.

Azərbaycan Premyer Liqası
IX tur
30 oktyabr

16:00. "Zirə" - "Keşlə"
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Kamal Umudlu
Zirə İdman Kompleksinin stadionu

18:30. "Qarabağ" - "Neftçi"
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Vüqar Həsənli
 "Azersun Arena"

1

Qarabağ

8

5

2

1

14-7

17

2

Neftçi

8

5

2

1

16-9

17

3

Qəbələ

8

4

3

1

15-8

15

4

Zirə

8

3

3

2

10-8

12

5

Səbail

8

3

0

5

8-16

9

6

Sumqayıt

8

2

2

4

5-8

8

7

Keşlə

8

2

1

5

8-14

7

8

Sabah

8

1

1

6

6-12

4

Bombardirlər: Davit Volkov ("Zirə") - 5 qol, Ülvi İsgəndərov ("Qəbələ"), Filip Ozobiç ("Qarabağ") - 4 qol

Milli.Az


Etiketlər:  Qarabağ yoxsa Neftçi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ