Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə tarixində ilk dəfə - erməni vali ola bilər

Türkiyə tarixində ilk dəfə - erməni vali ola bilər

Tarix: 30 Oktyabr 2021 15:12

Türkiyədə dərc olunan "Aqos" qəzeti yazır ki, ölkə tarixində ilk dəfə erməni mənşəli vəkil Berk Acar bütün imtahanlardan keçərək vali olmaq hüququ qazanıb.

Sonxeber.net milliyet-ə istinadən yazır ki, təsdiq olunacağı təqdirdə Türkiyə Cümhuriyyəti tarixində ilk vali olacaq. Daxili İşlər Nazirliyinin təşkil etdiyi qubernatorluq imtahanlarını müvəffəqiyyətlə başa vuran Acarın növbəti dönəmdə qubernator vəzifəsini icra edəcəyi öyrənilib.

BERK ACAR KİMDİR?

Acar 1995-ci ildə anadan olub. 2020-ci ildə Bilgi Universitetinin Hüquq fakültəsini bitirən Acar ingilis dilini bilir. Qubernator olmaq üçün tələblər bunlardır: ilk növbədə hazırlanan bütün imtahanları uğurla başa vurmaq lazımdır. Universitet məzunlarının müvafiq 4 illik fakültələrdən birini (Hüquq, Biznes, İqtisadiyyat və İnzibati Elmlər) bitirməsi vacibdir. İmtahan verəcəyin tarix də daxil olmaqla 35 yaşdan yuxarı olmamaq şərtlər arasındadır. Rayon qubernatoru olmaq üçün həm də hərbi xidmət keçmiş olmalıdır. Bunlara əlavə olaraq, rayon qubernatorluğu vəzifəsini götürmək istəyən hər kəs staj və kurs prosesini tamamlamalıdır.

Kamran Seyidov


Etiketlər:  Türkiyə tarixində dəfə erməni vali bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ