Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Nəvəmlə birlikdə xəstəxanada qalıram" - Mehriban Xanlarova

Tarix: 30 Oktyabr 2021 18:10

"İki gündür nəvəmin səhhəti ilə bağlı, müliacə alması üçün Əbülfəz Qarayev adına 2 nömrəli uşaq xəstəxanasında qalıram. Çox təəssüf ki, xəstəxananın istilik şəraiti və sanitariya qaydaları yoxdur".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Mehriban Xanlarova sosial şəbəkədə yazıb. Nəvəsinin xəstə olduğunu və xəstəxanaya yerləşdirildiyini bildirən aktrisa onun yanında qaldığını deyib. Xanlarova tibb mərkəzinin şəraitsizliyindən gileylənib:

"TƏBİB-in səlahiyyətli şəxslərinə demək istəyirəm ki, sizlər isti kabinetinizdə rahat şəkildə oturmusuz, amma biz valideynlər isə körpələrimizlə birlikdə 2 nömrəli uşaq xəstəxanasında soyuqdan tir-tir əsirik. Bilmirik uşağın qayğısına qalaq, yoxsa soyuğun dərdini çəkək. Harada görülüb ki, xəstəxananın yemək hazırlayanı həm sanitariya işlərinə baxsın, həm də gəlib xəstə körpələrə yemək paylasın? Virusun yayıldığı bu vaxtda, nə dərəcədə düzgündür?

21-ci əsrdə yaşamağımıza baxmayraq, xəstəxanaya gedərkən özümüzlə birlikdə qızdırıcı aparmalıyıq? Palatada qızdırıcıdan yanğın hadisəsi baş versə, 3-cü mərtəbədən özümüzü necə xilas edəcəyik? Baş həkim başda olmaqla, bütün həkimlərdən razıyam. Amma bu soyuğa körpələr dözmür. Buz kimi su ilə, uşaqlar necə təmizlənsinlər? Tək özüm üçün demirəm, bu xəstəxanada çox sayda müalicə alan, imkansız ailələrin övladları var. Onların qayğısına qalmaq lazımdır. Əgər dediklərimin yalan olduğunu düşənən varsa, bütün mətbuat nümayəndələri gəlib xəstəxanada çəkiliş apara bilərlər".

Milli.Az


Etiketlər:  Nəvəmlə birlikdə xəstəxanada qalıram Mehriban Xanlarova


RƏYLƏR