Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Google online reklam bazarının qanunsuz monopolizasiyasında günahlandırılır

Google online reklam bazarının qanunsuz monopolizasiyasında günahlandırılır

Tarix: 30 Oktyabr 2021 20:20

Verilmiş məlumata əsasən ABŞ-ın baş prokurorlarından ibarət olan qrup online reklam bazarının qanunsuz monopolizasiyası məsələsində Google şirkətinə qarşı antimonopoliya iddiası qaldırıb. İddianı qaldırmış şəxslər əmindirlər ki, şirkətin öz ixtisaslaşmış birjasındakı reklam müqavilələrindən əldə etdiyi pay digər rəqiblərin əldə etdikləri komissiyalardan 2-4 dəfə böyükdür. Məlumatda qeyd edilib ki, Google öz platformasından keçən reklam xərclərinin 22-42%-ni əldə edir. Antimonopoliya iddiasını qaldırmış şəxslərin fikirlərinə əsasən yeni məlumatlar Google şirkətinin online reklam bazarındakı hegemonluğundan necə mənfəət qazandığını açıq aydın göstərir.

Google şirkətinin öz reklam birjasındakı müqavilələrdən əldə etdiyi pay rəqib platformaların əldə etdikləri komissiyaları qat-qat üstələyir. Bundan əlavə olaraq qeyd edilib ki, Google online reklam qiymətinin yüksəldilməsi strategiyasından istifadə edir. Bu səbəbdən də Google şirkətinin təqdim etdiyi xidmətlərdən yararlanan şəxslər öz məhsullarının qiymətlərini eynilə qaldırmaq məcburiyyətində qalırlar. Baş prokurorlar tərəfindən qaldırılmış antimonopoliya iddiasına yaxın zamanda uyğun məhkəmə prosesində baxılacaq. Google öz növbəsində qaldırılmış antimonopoliya iddiasını qanunsuz adlandırıb və qeyd edib ki, şirkət tərəfindən online reklam üçün təyin edilmiş ödəniş miqdarı bazarda olan ortalama qiymətdən daha aşağıdır.


Etiketlər:  Google online reklam bazarının qanunsuz monopolizasiyasında günahlandırılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ