Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Oktyabr 2021 20:40
"Uçankuş TV" də yayımlanan Gökay Kalaycıoğlu proqramının qonağı olan türkiyəli müğənni Serpil Benay illər əvvəl İbrahim Tatlısəs tərəfindən zorakılığa məruz qaldığını iddia edib.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, yaşadıqlarını danışan müğənni "Bu hadisə mənim sonum oldu" deyib.
Canlı yayımda səmimi etiraflar edən Serpil Benay İbrahim Tatlısəs haqqında xeyli danışıb.
Qeyd edək ki, Serpil Benay 1980-1990-cı illər arası Türkiyədə məşhur müğənnilərdən biri olub.
"Cinsi zorakılığa məruz qalmısınız?" Sualına bağlı cavab verən Serpil Benay bunları deyib: "25-30 il əvvəl İbrahim Tatlısəsin zorakılığına məruz qaldım. Mən bu açıqlamaları gündəmə gəlmək üçün vermirəm. Mənə belə şeylər lazım deyil. O hadisə vaxtı sevgilim çox qəzəblənmişdi. Sonra bir çox hadisələr oldu. O da mənim karyeramın sonunu gətirdi. Məni tamamilə bitirdilər".
Rəqs sənətçisi Leyla Adalının İbrahim Tatlısəs tərəfindən zorakılığa məruz qalmasından da danışan Serpil Benay sözlərini belə davam etdirib: "Belə söhbətləri çox eşidirəm. Bunların hamısı mənim yaşadıqlarımdır. Hamı eyni şeyi yaşayır. İbrahim Tatlısəsin qurbanlarını efirə çıxarsanız, 5 il ərzində hər gün burada proqram edə bilərsiniz. Bəzi insanlar utanır. Mən də utandım, amma sonra dedim ki, nə etmişəm ki, utanım? İndi Leyla Adalı da niyə utanmalıdır?".
Qeyd edək ki, efirdə ilk öncə rəqqasə Leyla Adalı İbrahim Tatlıses tərəfindən təcavüzə uğramasından danışıb. Bunun ardından müğənni Serpil Benay 25 il əvvəl yaşadığı hadisəni dilə gətirib.
Müğənninin bu açıqlamaları hazırda gündəmi zəbt edib.