Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yeni Ramanada 2 hektar quru ot sahəsi və 50 ədəd şam ağacı yanıb (YENİLƏNİB)

Yeni Ramanada 2 hektar quru ot sahəsi və 50 ədəd şam ağacı yanıb (YENİLƏNİB)

Tarix: 23 Avqust 2019 16:30

Bakı. Elçin Mehdiyev - Trend:

Bakı şəhərinin Suraxanı rayonunun Yeni Ramana qəsəbəsinin ərazisində yanan quru ot və kol-kos söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Suraxanı rayonunun Yeni Ramana qəsəbəsində açıq ərazidə 2 ha sahədə quru ot və 50 ədəd şam ağacı qismən yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

XXX

13:24

Bakı şəhərinin Suraxanı rayonunun Yeni Ramana qəsəbəsinin ərazisində quru ot və kol-kos yanır.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürmə işləri davam etdirilir.


Etiketlər:  Yeni Ramanada 2 hektar quru ot sahəsi 50 ədəd şam ağacı yanıb YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ