Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Oktyabr 2021 21:42
Şəkərli diabet xəstələri mütləq D vitamininin səviyyəsini nəzarətdə saxlamalıdır"
Araşdırmalar göstərir ki, vitamin D azlığı 2-ci tip diabetin yaranma riskini artırır.
Sonxeber.net xəbər verir ki, həkim-endokrinoloq Fərhad Burzu diabetlilərdə D vitaminin rolu haqqında məlumat paylaşıb.
"Medscape"in verdiyini məlumata əsasən, vitamin D dəyərləri az olan şəxslərdə, şəkərli 2-ci tip diabetin yaranma riski artır. Bu tədqiqatlar Cənubi Kaliforniyada 900 adam üzərində aparılmışdır.
Araşdırma əsnasında, kliniki analizlər aparılmış və vitamin D azlığının 2-ci tip diabetin yaranma riskini artırdığı təsdiqlənmişdir. Məlum olmuşdur ki, qanda D vitamini (25OH) səviyyəsinin hər 10ng/ml artması şəkərli diabet ehtimalını 36% azaldır. Bu, çox böyük göstəricidir. Tədqiqatın nəticələri "Plos One" jurnalında dərc olunub. (publika.az)