Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qocalıq demensiyasından qorunmaq üçün professordan 2 metod

Qocalıq demensiyasından qorunmaq üçün professordan 2 metod

Tarix: 31 Oktyabr 2021 21:48

Statistikaya görə, artıq 60 yaşdan sonra yaddaş və əqli pozulmalar hər il 2 dəfə artır. Beynin işində ciddi geriləmələr müasir dövrün bəlasıdır.

Sonxeber.net xəbər verir ki, rusiyalı professor demensiya və Alsgeymerdən yayınmaq üçün metodları sadalayıb.

"Bu xəstəliyin profilaktikası 40 yaşından başlamalıdır. İlk növbədə qulaqda eşitmənin dərəcəsinə baxmaq lazımdır. Eşitmədə zəiflik demensiya riskini 3 dəfə artırır.

55 yaşdan sonra ilk əlamətlərdən biri məhz bu ola bilər.

Gecə yuxunun keyfiyyətli olmasına diqqət yetirin, məhz yuxusuz qaldıqda orqanizmdə zərərli patoloji zülal yığılır.

Qanda xolesterin, şəkərin miqdarı da demensiya riskini artırır.

Alsgeymer xəstələrinin 5-7%-i yüksək təzyiq xəstələri olub.

40-50 yaş arasında sistolik təzyiq 130-135-dən çox olmamalıdır. /medicina.az


Etiketlər:  Qocalıq demensiyasından qorunmaq üçün professordan metod


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ