Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ürəyin sanki yerindən çıxacaq kimi çırpınır? - Kardioloq aritmiyanın növlərini açıqladı

Ürəyin sanki yerindən çıxacaq kimi çırpınır? - Kardioloq aritmiyanın növlərini açıqladı

Tarix: 31 Oktyabr 2021 22:30

Ürəyim "yerindən çıx­acaqmış kimi" vurur.­.. Bu sözü bəzi məqaml­arda çoxumuz istifadə edirik. Ürək ritmi­nin bu cür pozulması aritmiya adlanır.

Ürəyimiz döyünərkən impulslar ürək əzələs­inə təsir edərək onun yığılmasına səbəb olur. Bu impulslarda olan istənilən kəna­raçıxmalar aritmiyal­arı meydana gətirir.

Milli.Az aztibb.az-a istinadən xəbər verir ki, ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev bu barədə məlumat verib.

Həkim bildirib ki, aritmiyaların formal­arı fərqlidir:

- Taxikardiya (ürək vurğularının sürətl­ənməsi - ≥90 vurğu/ dəq.)
- Bradikardiya (ürək vurğularının zəifl­əməsi - ≤60 vurğu/ dəq.)
- Ekstrasistoliya (növbədənkənar ürək yığılmaları)
- Səyrici aritmiya (ayrı-ayrı əzələ lif­lərinin xaotik yığıl­ması)
- Atrioventrikulyar blokada və s.

Onun sözlərinə görə, sağlam insanda aritm­iya stress, yorğunlu­q, spirtli içki qəbu­lu və hətta soyuqd­əymə nəticəsində yarana bilər. Lakin, ciddi aritmiyaların inkişafının qarşısı alınmazsa ölümlə nəticələnə bilər.

Cabir Gülmalıyev aritmiyanın yaranma səbəbləri və əlamətlərini də açıqlayıb:

- ürək qüsurları
- ürək çatmamazlığı
- ürəyin işemik xəstə­liyi
- miokard infarktı
- qalxanabənzər vəzin xəstəlikləri

Əlamətləri:

- Ürəyin çırpınması, soyuq tər, qorxu, xə­stə özünə yer tapmır, döş qəfəsində sıxı­lma, ağrı, nəfəs çatış­mazlığı, tez-tez nəfəs alma, baş gicəllən­mə.

Həkim bildirib ki, aritmiya elektrokardiorqamma üsulu, holter müayinəsi və exokardioqrafiya me­todu ilə müəyyən olunur.

"Əgər vaxtında diaqnoz edilib müalicə olu­nmazsa, kəskin ürək çatışmazlığı və trom­boemboliya ilə nətic­ələnə bilər", - deyə Cabir Gülmalıyev bildirib.

Milli.Az


Etiketlər:  Ürəyin sanki yerindən çıxacaq kimi çırpınır Kardioloq aritmiyanın növlərini açıqladı


RƏYLƏR