Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2021 09:32
ABŞ-da bu gün qeyd edilən "Helouin" bayramında populyar "Squid Game" (Kalmar oyunu) serialının geyim dəstlərindən istifadə etmək qadağan olunub.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, müvafiq qərar bir çox məktəb rəhbərlikləri tərəfindən qəbul edilib.
Bu geyimlərin serialdakı qanlı oyunlar və zorakılıqla zəngin səhnələri xatırlatdığı bildirilib.
Qeyd edək ki, serial "Netflix" tərəfindən 18+ kateqoriyası üçün yayımlanır. Lakin serialdakı oyunlar artıq azyaşlılar arasında da populyarlaşıb.