Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda bu ərazidə piyada keçidinə ehtiyac var - Yolda sürət həddi 110 km/saatdır - VİDEO

Bakıda bu ərazidə piyada keçidinə ehtiyac var - Yolda sürət həddi 110 km/saatdır - VİDEO

Tarix: 1 Noyabr 2021 14:02

Avtomobillər saatda 110 km-dən artıq sürətlə hərəkət edir. Piyadalar isə özlərini risqə ataraq bu yoldan keçirlər...

Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət hava limanı yolu, Binə Atçılıq yaşayış massivindən gedir.

Yolun hər iki tərəfində sıx məskunlaşma var. Üstəlik, elə həmin hissədə iki böyük supermarket, bir neçə zəruri iaşə obyektləri və Binə Atçılıq Mərkəzi yerləşir. Buna baxmayaraq, yolun həmin hissəsində piyada keçidi yoxdur. Marketə alış-verişə gələnlər, işi üçün harasa gedən piyadalar bu sürətli yoldan keçmək məcburiyyətində qalırlar.

Sakinlər bildirirlər ki, ora ən yaxın keçid təxminən 1 km. məsafədə yerləşir. Bu səbəbdən həmin keçiddən istifadə edə bilmirlər. Hətta bəzi hallarda orada yaşayan insanları avtomobil də vurub.

Sakinlərin istəyi həmin ərazidə piyada keçidinin inşa edilməsidir.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev ''Xəzər Xəbər''ə bildirib ki, təmsil etdiyi qurum tərəfindən hava limanı yolunda piyada keçidləri zəruri olan yerlələrlə bağlı təhlillər aparılıb.Nəticədə bir neçə yerdə, o cümlədən qeyd olunan məntəqədə piyada keçidinin təşkilinə dair təkliflər hazırlanaraq müvafiq qurumlara təqdim edilib. Digər bu cür zəruri yer isə Qala döngəsidir ki, artıq burda işlərə başlanılıb. "Binə atçılıq" adlanan yerlə bağlı isə hazırda müzakirələr gedir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Bakıda ərazidə piyada keçidinə ehtiyac Yolda sürət həddi kmsaatdır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ