Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2021 23:32
Noyabrın 1-də Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı start götürüb.
Sonxeber.net bildirir ki, ilk yarış günündə 5 yunan-Roma güləşçimiz xalçaya çıxıb.
Mübarizəyə ikinci mərhələdən qoşulan Nihad Quluzadə (55 kq) sonuncu xal prinsipinə əsasən, İran təmsilçisinə uduzub. Rəqib finala yüksəldiyi üçün N.Quluzadə noyabrın 2-də təsəlliverici görüşə çıxacaq.
Millimizin üzvü Həsən Məmmədli (63 kq) 1/8 finalda moldovalı rəqibinə yenilib.
Çempionatda 77 kiloqram çəki dərəcəsində çıxış edən Qurban Qurbanov ilk mərhələdə Bolqarıstan idmançısına vaxtından əvvəl qalib gəlib. Ancaq 1/4 finala adlamaq mümkün olmayıb.
Təmsilçimiz Məhəmməd Əhmədiyev (87 kq) debütdə yerli güləşçiyə məğlub olub.
Güləşçimiz Sərxan Məmmədov (130 kq) ilk görüşdə Çilidən olan həmkarına "tuşe" ilə qalib gəlib. Həmyerlimiz 1/4 finalda Macarıstan təmsilçisinə uduzub.