Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2021 23:32
Dumanlı hava səbəbindən Moskvanın üç hava limanında 30-dan çox reys təxirə salınıb və ya ləğv olunub.
Sonxeber.net APA-ya istinadən bildirir ki, "Vnukovo" hava limanında 1 reys gecikib, 3 reys təxirə salınıb.
"Domodedovo"da 4 reys gecikib, 12 reys ləğv olunub. "Şeremetyevo" hava limanında isə, 3 reys gecikib, 9 reys ləğv edilib.
Hidrometeorologiya mərkəzi dumanlı hava şəraiti ilə əlaqədar paytaxtda və Moskva vilayətində sarı səviyyəli hava təhlükəsini çərşənbə axşamı saat 09.00-a qədər uzadıb.