Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Noyabr 2021 08:24
Bazar ertəsi axşam saatlarından etibarən Rusiyanın paytaxtı Moskvada qatı duman müşahidə olunur.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, duman səbəbiylə yollarda sürücülərin görmə qabiliyyəti xeyli pisləşib və şəhərin işıqlandırılması ilə birlikdə duman özünəməxsus effekt yaradıb.
Məlumata görə, şəhərdə belə qalın duman çoxdandır müşahidə olunmur.
Proqnozlara görə, Moskvada duman yalnız noyabrın 2-də saat 10.00-a kimi sovuşacaq. Bütün bu müddət ərzində yollarda görünmə məsafəsi 200-700 metrdən çox olmayacaq.