Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çəkiliş meydançasında dava saldı

Çəkiliş meydançasında dava saldı

Tarix: 2 Noyabr 2021 15:10

Markalardan birinin siması seçilən aktrisa Esra Bilgiçin çəkiliş zamanı qalmaqal yaratdığı bildirilib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, İstanbulda 5 gündür davam edən çəkilişlərdə aktrisanın istədiyi vitaminin ona alınıb gətirilməməsi səbəb olub. O, vitaminləri almayana qədər kamera qarşısına keçməyəciyini söyləyib. Bundan sonra Esranın saatlarla bütün işçiləri soyuqda saxladığı iddia edilib.

Aktrisa haqqında deyilənləri şayiə adlandıraraq təkzib edib. "Bu haqsızlıqdır. Çıxan xəbərlərə etibar etməyin" - deyə, Esra qısa şərh yazıb.

Qeyd edək ki, aktrisa hazırda "Kanunsuz topraklar" serialında baş rollardan birini canlandırır.

Milli.Az


Etiketlər:  Çəkiliş meydançasında dava saldı


RƏYLƏR