Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Noyabr 2021 16:40
Son zamanlar fəxri ad qalmaqalı ilə gündəmdə olan müğənni Nadir Qafarzadə bu dəfə şəxsi həyatı ilə diqqət çəkib.
Sonxeber.net big.az-a istinadən xəbər verir ki, "Həmin Zaur" proqramına qonaq olan sənətçi, bir müddət əvvəl nişanladığı oğlu Loğmanın gələcək həyat yoldaşından danışıb. İfaçı gəlininə bir sıra məsləhtlər verdiyini deyib:
"Gəlinim Gürcüstandan, Marneulidəndir. Ona demişəm ki, qızım oğlumu sev və hörmət et. Təki hər zaman bir-birlərini sevsinlər. Xoşbəxt olsunlar. Biz də kənardan baxıb sevinib, onlara dəstək olaq. Birdə ona demişəm ki, başımızı uca et. Mənim nəinki öz gəlinimə, hətta bizim gəlinlərimizin hamısına deyirəm ki, gəldiyiniz ailənin başını uca edin".
Qeyd edək ki, Nadir Qafarzadənin oğlu Loğman bir müddət əvvəl ailələr arasındakı kiçik mərasimlə sevdiyi xanımla nişanlanıb. Sənətçinin digər oğlu Əziz isə hazırda Ruisya şou-biznesinə qatılaraq müğənnilik edir.