Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Noyabr 2021 02:34
Məryəm Üzərlinin "Möhtəşəm 100 il"dən getməsi sürpriz oldu. Böyük qardaşı işə qarışdı, başqaları da müdaxilə etməyə çalışdı, amma mən dedim ki, bitdi, artıq geri dönüşü yoxdur".
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu sözləri məşhur prodüser Timur Savcı Simge Fıstıkoğlunun yutub kanalında deyib. O bildirib ki, serialın ən önəmli hissələrində Məryəmin layihəni tərk etməsi bütün heyətə və tamaşaçılara qarşı sayğısızlıq, ərköyünlükdür.
Xatırladaq ki, aktrisa Məryəm Üzərli 2013-cü ildə tükənmişlik sindromu adı ilə layihəni gözlənilmədən tərk etmişdi. Bu hadisə manşetlərdə "Hürrəm tükəndi" başlığı ilə getmişdi. Yeri gəlmişkən, ondan bəri aktrisa uzunmüddətli layihələrdə iştirak etməyib.