Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qarabağda nə qədər erməni yaşayır? - Rusiyanın yalanı və əslində olan - FOTOlar

Qarabağda nə qədər erməni yaşayır? - Rusiyanın yalanı və əslində olan - FOTOlar

Tarix: 3 Noyabr 2021 12:32

Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdən ermənilərin sürətli miqrasiyası davam edir. Vəziyyətin kriktik həddə çatdığını Rusiya sülhməramlıları da narahatlıqla ifadə edirlər.

Sonxeber.net xəbər verir ki, "Qrapatak" qəzeti vəziyyətin kritik həddə olduğunu yazır. Bildirilir ki, əhalinin sürətli köçməsi bölgədə demoqrafik vəziyyətə də təsir göstərə bilər. Vəziyyət o həddə çatıb ki, sülhməramlıların kimin müdafiə etməsi problemi üzə çıxacaq.

Rusiya tərəfi 50 min insanın Qarabağa geri döndüyünü iddia etsə də, BMT-nin Qaçqınlarla bağlı hesabatında əslində bu rəqəmin iki dəfə az, 25 min nəfər olduğu göstərilir. Yəni rəqəm reallığı əks etdirmir. Azərbaycan tərəfinin də Laçın dəhlizi üzrə apardığı mütəmadi monitorinqlər üzə çıxarıb ki, gedənlər gələnləri bir neçə dəfə üstələyir. Erməni politoloq Qarik Keryan bildirir ki, "Ermənistanın Qarabağ ermənilərinin müdafiəsi üçün resursu yoxdur. Və bu da onu deməyə əsas verir ki, onların taleyi rus sülhməramlılarının əlindədir. Gələcəkdə isə onların fəaliyyəti təhlükəsizlik yox, daha çox cinayətkar ünsürlərin müdafiəçisindən ibarət olacaq".

Kamran Seyidov


Etiketlər:  Qarabağda qədər erməni yaşayır Rusiyanın yalanı əslində olan FOTOlar


RƏYLƏR