Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur aktyor xərçəngdən öldü

Məşhur aktyor xərçəngdən öldü

Tarix: 3 Noyabr 2021 14:20

"Briqada" serialında mühafizə rəisi Şmidt obrazı ilə tanınan aktyor Dmitri Qumenetski vəfat edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 49 yaşlı aktyorun ölümünə səbəb xəstəlik olub. Belə ki, Dmitri uzun müddətdir xərçəngdən əziyyət çəkir.

Bildirilir ki, aktyor ölümündən əvvəl səhhəti ilə əlaqədar Ryazan vilayətindəki ciddi rejimli cəzaçəkmə müəssisəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdi. O, külli miqdarda narkotik vasitə əldə edib saxladığına görə 2015-ci ilin sentyabrında həbs olunmuşdu.

Aktyor həmçinin "Həyatın dəyəri", "Bumer" kimi filmlərdə rol alıb. "Briqada"nın çəkilişlərinə qədər Dmitri XTQ mayoru, həmçinin döyüş təcrübəsi olan peşəkar hərbçi olub.

Milli.Az


Etiketlər:  Məşhur aktyor xərçəngdən öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ