Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Avqust 2019 18:36
Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqı (JuHİ) 19-20 avqust 2019-cu il tarixlərində Bakıda araşdırmaçı jurnalistlər üçün “Təhlükəsiz tədqiqat” seminarı təşkil edib.
Trend-in məlumatına görə, təlimlərdə 15 aparıcı milli kütləvi informasiya vasitələrindən 15 jurnalist iştirak edib.
JuHİ üzvü olan, beynəlxalq TOT təlimlərində iştirak etmiş iki yerli təmsilçi (Nəzirə Nurullayev, Elgün Mənsimov) iştirakçılara təhlükəsizlik məsələləri və tədqiqat hesabatı sahəsində ən yaxşı beynəlxalq təcrübələr barədə bilgi veriblər. Təlimlər zamanı praktik məşğələlər aparılıb.
Jurnalist Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Trend-ə bidirib ki, təlimlərin əsas məqsədi jurnalistləri beynəlxalq səviyyəli təhlükəsizlik təcrübələri ilə tanış etmək, onların bu sahədə biliklərini artırmaqdır: "Bu, Azərbaycan jurnalistləri üçün son dərəcə vacibdir. Seminar, jurnalistlərin fərqli mövzularda araşdırmalar apararkən və ya münaqişə zonasından reportaj hazırlayarkən daha etibarlı hərəkət etmələrinə kömək etmək üçün hazırlanmışdır”.
Seminar Beynəlxalq Jurnalistlər Federasiyası (İFJ) ilə birgə təşkil edilmişdir. Təlimlərə Norveç Jurnalistlər Birliyi də dəstək verib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin