Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Noyabr 2021 21:26
Filadelfiya ABŞ-da sürücülərin xırda pozuntulara görə, məsələn, maşının arxa farasının nasaz olması səbəbindən polislər tərəfindən dayandırılmasının qadağan ediləcəyi ilk iri şəhər olacaq.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Filadelfiya meri Cim Kenni şəhər şurası tərəfindən bəyənilmiş qanun layihəsini bu həftə imzalayacaq. Bəzi polis departamentlərində sürücülərin əhəmiyyətsiz səbəblərə görə dayandırılması təşviq edilir: onların fikrincə, bu, qadağan edilmiş narkotiklər və silah daşımaqda şübhə doğuran avtomobillərdə axtarış aparmaq üçün yaxşı bəhanədir. Bu cür tədbirlərin əleyhdarları isə deyirlər ki, belə tədbirlər qaradərili sürücülərin hədsiz çox sayda dayandırılmasına gətirib çıxaracaq.
Şəhər şurasının üzvü və qanun layihəsinin müəllifi İsayya Tomasın sözlərinə görə, bu sənəddə təsdiqlənir ki, ictimai təhlükəsizliyin təmin edilməsi üçün başqa metodlardan istifadə etmək olar. O vurğulayıb ki, yollarda maşınların dayandırılması sürücülərə psixoloji təsir göstərir və polisləri qorxudur. Belə halların məhdudlaşdırılması hər kəs üçün təhlükəsizliyi artırır.
Bu məsələ aprel ayında Minnesota ştatında Bruklin mərkəzində üzə çıxıb. O vaxt 20 yaşlı qaradərili sürücü Daunt Rayt arxa güzgüdə asılmış hava təravətləndiricisinə görə dayandırılarkən ölümcül yaralanıb.
Yeni qanun layihəsinin məqsədi polis ilə yerli sakinlərin münasibətlərində gərginliyi azaltmaq üçün yollarda əhəmiyyətsiz pozuntulara görə sürücülərin saxlanması hallarında yarana biləcək təhlükəli vəziyyətləri aradan qaldırmaqdır.