Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyada 6 yaşa kimi kovidə yoluxan uşaqlar artır - Xəstəxanalar doludur

Rusiyada 6 yaşa kimi kovidə yoluxan uşaqlar artır - Xəstəxanalar doludur

Tarix: 3 Noyabr 2021 22:18

Rusiyanın Moskva, Sankt-Peterburq şəhərləri, ayrı-ayrı əyalətlərində, eləcə də Samara vilayədində 6 yaşa qədər uşaqlar arasında Deltaya yoluxma sürətlənib.

Milli.Az xəbər verir ki, Rospotrebnadzorun rəhbəri uşaqlar arasında ünsiyyəti, onların qohum və qonşularla təmasını məhdudlaşdırmağa çağırıb.

Azyaşlılar, 1-6 yaş arası uşaqlar daha çox yoluxur və hətta reanimasiyaya yerləşdirilir.

Samarada yoluxma statistikası bir həftə ərzində 40% artıb.

Xəstələr arasında körpələr, məktəbəqədər uşaqlar çoxdur.

"Yoluxma bütün yaş qrupları üzrə var. Amma ən çox 1-6 yaş arasıdır. Uşaqlar arasında fiziki təması azaltmaq lazımdır. Eləcə də 15-20 yaş arası gənc xəstələrin sayı durmadan artır. Bu yaş qrupunun qatıla biləcəyi bütün tədbirlər məhdudlaşdırılmalıdır". /medicina.az

Milli.Az


Etiketlər:  Rusiyada 6 yaşa kimi kovidə yoluxan uşaqlar artır Xəstəxanalar doludur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ