Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bəs, toy olmayacaq?

Bəs, toy olmayacaq?

Tarix: 4 Noyabr 2021 06:20

Xəbər verdiyimiz kimi, aparıcı Şəhriyar Əbilov rəqqasə-aktrisa Oksana Rəsulova ilə 4 ildir evli olduğunu açıqlayıb.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, gizli evlənən cütlüyün 3 yaşında oğlu da var. Onlar dəbdəbəli toy etməsə də, rəsmi nikaha girdiklərini bildiriblər.

Qeyd edək ki, Oksana daha əvvəl ailəli olsa da, bu, Şəhriyarın ilk nikahıdır. Əbilovun özünə toy edib-etməyəcəyi isə bilinmir. 

Oksana Axşam.az-a açıqlamasında bildirib ki, dostları onlara bunun üçün təkid edirlər:

"Toy etməyi heç düşünmürük. Bizim yerimizə dostlarımız çox düşünür. Heç bu haqda danışmamışıq. Dostlarımız deyir, sizin yerinizə toy edəcəyik".


Etiketlər:  Bəs olmayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ