Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Noyabr 2021 09:50
Əməkdar artist Rəşad İlyasov aparıcı Şəhriyar Əbilovla rəqqasə Oksana Rəsulovanın ailə qurmasına münasibət bildirib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, Rəşad "Həmin Zaur" proqramında onların səmimiyyətinə inanmadığını deyib:
"Elə dost deyirlər, ikimizin də oğlu var. Bir az müəmmalı danışırlar. İkisi də xoşbəxt olsunlar. Şəhriyarla bir kanalda çalışırıq, dostumuzdur. Onları dost kimi daha çox sevirəm. Buradan maqazin qoxusu gəlir".
Qeyd edək ki, Oksana 4 ildir gizlətdiyi həyat yoldaşının və oğlu Osmanın atasının Şəhriyar olduğunu deyib.