Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Noyabr 2021 10:54
Vətən Müharibəsi şəhidi, polkovnik-leytenant Qərib Baxşəliyev yad edildi.
Vətən müharibəsi şəhidi, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı Qərib Baxşəliyevin adına yaşadığı evin qarşısında qoyulan abidənin açılışı oldu. Yaxınları, döyüş yoldaşları, qonşuları şəhid Qəribin xatirəsini əziz tutmaq üçün yaşadığı məhəlləyə toplaşdılar. Tədbirdə Xətai və Nərimanov Rayon İcra Hakimiyyəti başçıları, millətvəkilləri iştirak etdilər. Məktəbli uşaqlar öz növbələrində şəhidlər haqda şeirlər, marşlar oxudular.
Sonxeber.net Real TV-yə istinadən xəbər verir ki,döyüş yoldaşları da şəhid Qəriblə olan xatirələrindən, onun necə mərd hərbçi olmasından danışdılar.
Qeyd edək ki,1977-ci il mayın 22-də Bakı şəhərində doğulan Baxşəliyev Qərib, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində (BABKM) ali hərbi təhsil alıb.
Azərbaycan Silahlı Qüvvələrində Motoatıcı Tağımın Komandiri hərbi liseydə Taqım komandiri, tədris bölüyünün komandiri və şəxsi heyətlə iş üzrə şöbənin psixoloqu kimi vəzifələrdə xidmət edib. Azərbaycan O, Vətən müharibəsi zamanı
Cəbrayıl, Füzuli və Zəngilan istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Noyabrın 3-ü Zəngilan istiqamətində canından keçən şəhid, göstərdiyi şücaətlərə görə ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medallarıyla təltif olunub.