Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xankəndi erməniləri təxribatı, yoxsa azərbaycanlılarla birgə yaşamağı öyrənir?

Xankəndi erməniləri təxribatı, yoxsa azərbaycanlılarla birgə yaşamağı öyrənir?

Tarix: 4 Noyabr 2021 13:12

"Xankəndində açılan Azərbaycanşünaslıq mərkəzində etnik ermənilər Azərbaycan dilini öyrənəcəklər və bu, həm də Azərbaycan ərazisində kompakt yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiya olunması kimi nəzərdən keçirilə bilər".

Bunu Sonxeber.net-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, sərhədlərin delimitasiyası və demarkasiyası proseslərinin başlanması ərəfəsində düşmən bu cür mərkəzlərdən təxribat məqsədilə istifadə edə bilər:

"Qarabağın erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiya olunması hazırki dönəmdə mühim aktuallıq kəsb edir. Təəssüflər olsun ki, bu cür mərkəzlər həm Ermənistanda, həm də Xankəndində daha çox destruktiv məqsədlərə xidmət edir və Azərbaycan dilini öyrənməklə sosial şəbəkələrdə Azərbaycana qarşı təxribatların törədilməsi ilə müşahidə olunur, daha çox həqiqətə uyğun olmayan, təhrif olunmuş və feyk məlumatlar paylaşılır, bununla da müəyyən məqsədlərinə çatmaq istəyirlər. Sərhədlərin delimitasiyası və demarkasiyası proseslərinin başlanması ərəfəsində bu cür mərkəzlər vasitəsilə düşmən tərəfi həm sabitliyi pozmaq, həm təhlükəsizlik kontekstində Azərbaycana zərbə vurmaq və bu kimi məkirli niyyətlər güdürlər.

Bununla yanaşı kommunikasiyaların açılması və nəqliyyat marşurutlarının müəyyənləşdirilməsi prosesinin gedişində bu cür mərkəzlər vasitəsilə düşmən öz pozucu niyyətini də göstərir. Ona görə də mənə elə gəlir ki, daha da ayıq-sayıq olmaq lazımdır. Sosial şəbəkələrdə bu cür şəxslərin müəyyən olunaraq onların ifşa olunması ilə bağlı informasiya xarakterli məlumatların paylaşılması çox önəmlidir. Çünki biz vətən müharibəsində də onu müşahidə etdik ki, Xankəndində Azərbaycan dilini yaxşı bilən kifayət qədər şəxslər var. Onlar həm də düşmən tərəfindən kəşfiyat məqsədləri ilə istifadə olunur. Bütün bu halların qarşısını almaqla yanaşı Azərbaycanda da ermənişünaslıq sahəsinə böyük diqqət ayırmaq lazımdır. Azərbaycanda da məhz sadaladığımız funksiyaları yerinə yetirə bilən peşəkar mütəxəssislər yetişməlildir. Çünki düşmən tərəfi hər zaman bu məsələlərə diqqət ayırır. Mənə elə gəlir ki, Azərbaycanda da bu sahədə peşəkar kadrların hazırlanmasına böyük ehtiyac var və Azərbaycanda da erməni dilinin öyrənilməsi əlçatan olmalıdır. Erməni dilini bilən mütəxəssislər bu işə cəlb olunmalıdır və bu tədris həm də ödənişsiz şəkildə təşkil edilməlidir. Azərbaycanda da erməni dilini öyrənməyə çalışan şəxslər çoxdur və onlar üçün müvafiq şəraitin yaradılması mühim əhəmiyyət kəsb edir. Mənə elə gəlir ki, dövlətin prioritetləri sırasında da bu cür  məsələlər yer almalıdır".

Təhməz Əsədov


Etiketlər:  Xankəndi erməniləri təxribatı yoxsa azərbaycanlılarla birgə yaşamağı öyrənir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ