Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Noyabr 2021 15:20
Amerikalı rejissor Kventin Tarantino "Kriminal qiraət"dən (Pulp Fiction) kəsilmiş yeddi səhnəni NFT (non-fungible token) kimi hərraca çıxaracaq.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, qeyd olunur ki, filmin əlyazma ssenarisi və rejissorun özünün audio şərhi də satışda olacaq. Filmin təqdim olunan fraqmentlərini yalnız hərracda alanlar görə biləcək.
"Mən (filmin) pərəstişkarlarına "Kriminal qiraət"dən bu eksklüziv səhnələri təqdim etməkdən məmnunam. Gizli şəbəkə və gizli NFT tokenləri sənət xadimlərini və (onların) pərəstişkarlarını bir araya gətirən tamamilə yeni bir dünya açır. Mən bu (dünyanın) bir hissəsi olduğum üçün çox xoşbəxtəm", - deyə Tarantino bildirib.
Qeyd edək ki, "Kriminal qiraət" filmi 1994-cü ildə ekranlara çıxıb. Film "Ən Yaxşı Orijinal Ssenari" nominasiyasında "Oskar", BAFTA və "Qızıl Qlobus", Kann Film Festivalında "Qızıl Palma", həmçinin 40-dan çox başqa film mükafatlarına layiq görülüb.
Film mədəni, tarixi və estetik əhəmiyyətə malik olduğu üçün 2013-cü ildə ABŞ Milli Film Reyestrinə salınıb.
NFT - virtual aktivin sahibliyini sübut edən blokçeyn əsaslı rəqəmsal sertifikatdır. NFT unikaldır, o, saxtalaşdırıla və ya dəyişdirilə bilməz. NFT texnologiyası 2017-ci ildə yaradılıb. Mövcud olduğu müddət ərzində 5 milyondan çox token (rəqəmsal valyutanın bir növü) satılıb.