Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Noyabr 2021 18:08
Kareliyada yaşanan olar hər kəsin marağına və heyrətinə səbəb olub.
Sonxeber.net rus mediasına istinadən xəbər verir ki, xanım direktor heç bir savadı olmaya-olmaya xidmətindən istifadə etdiyi masajçını riyaziyyat və informatika müəllimi təyin edib. Bunun müqabilində isə qadından ondan cinsi xidmət göstərməsini tələb edib. Bu barədə Mash Telegram kanalı məlumat yayıb. Zərərçəkmiş İlya Qulyayevin sözlərinə görə, İrina Vasilyuk 2019-cu ildən masaj seansları zamanı onu cinsi əlaqəyə girməyə məcbur edib və o da yağlı müştərini itirməmək üçün razılaşıb.
Masajçı qadının əslində onu cinsi köləlikdə saxladığını bildirib. "Bu intim münasibətlər direktorun kabinetində, hətta bəzən dərs saatlarında da olub", - Qulyayev bildirib. Onun sözlərinə görə, bu, iki il davam edib və o, başqa qadınla münasibət qurmaq niyyətində olduğunu bildirəndə direktor maaşını kəsib. İş o yerə çatıb ki, "zərərçəkmiş" direktordan Təhsil Nazirliyinə də şikayət edib. Kollecin direktoru isə bütün bunların müqabilində masajçının ittihamlarını rədd edib. "Absurd və fantaziyadır" deyib.
Anar Əli