Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bərdədə arvadını boğaraq öldürən şəxslə bağlı YENİ XƏBƏR

Bərdədə arvadını boğaraq öldürən şəxslə bağlı YENİ XƏBƏR

Tarix: 5 Noyabr 2021 10:04

Bərdədə arvadını qətlə yetirməkdə təqsirləndirilən Aqil Mustafayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Sonxeber.net xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Elmin Rüstəmovun icraatına verilib.

Qeyd edək ki, bu il iyulun 25-i saat 05 radələrində Bərdə rayon sakini Nərgiz Mustafayevanı əri, 1983-cü il təvəllüdlü Aqil Mustafayev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı əlləri ilə boğaraq qəsdən öldürüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Aqil Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.


Etiketlər:  Bərdədə arvadını boğaraq öldürən şəxslə bağlı YENİ XƏBƏR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ