Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Noyabr 2021 14:58
Dünya Bankının məlumatına əsasən, 2021-ci ildə Ermənistanda yoxsulluq səviyyəsi 7 faiz artıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə "Hayastan" fraksiyasının deputatı Tadevos Avetisyan bildirib.
O, hökumətin bu istiqamətdə hansı tədbirlər görəcəyinə dair maliyyə naziri Tiqran Xaçatryana sual ünvanlayıb.
Nazirin sözlərinə görə, hökumət Ermənistanda yoxsulluq səviyyəsinin artmasından xəbərdardır və problemi həll etməyə çalışır.