Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nigarın adını qalib kimi çəkmək istəmədi

Nigarın adını qalib kimi çəkmək istəmədi

Tarix: 5 Noyabr 2021 19:50

"Eurovision" təmsilçilərimizdən olan Samirə Əfəndi "Səhər mərkəzi" proqramında qonaq olub.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, verilişin aparıcısı Afaq Gəncəli musiqi yarışmasına gedən sənətçilərin qayıdandan sonra öz üzərlərində çalışmamasından danışıb.

"Özlərində bir arxayınlıq yaranır. Müsabiqədən sonra arxayınçılıqlarını başa düşmür. Gəldim, uddum, bitdi. Üzərlərində çalışmırlar. Amma bir müddət sonra onların iştirakı unudulur" sözlərinə Samirə belə reaksiya verib:

"Bir həftə keçməmiş sosial şəbəkədə izləmədən çıxardılar. 260 mindən 183 minə düşüb. Hekayə bölümünü milyon yarım insan izləyirdi. Bakıya qayıdanda isə nə qədər düşdü. Efirə çıxmağı sevmirəm. Amma baxıram hansı kanal və veriliş, ona etiraz etmirəm. Bəziləri lazımsız sual verir, əvvəlcədən proqramı danışmır. Nə gəldi deyilir".

Samirəylə daha sonra oyun keçiriblər. Aktyor İslam Mehrəliyev "Eurovision 2011" qaliblərini soruşanda Samirə Eldar Qasımovun adını çəkib. Fotoda Nigar Camalın görüntüsü olduğu deyilsə də, Samirə onun adını çəkmək istəməyib. Şəkli görməməzlikdən gələn sənətçi "Eurovision" qalibi Eldar Qasımov" deyərək, danışmaq istəməyib.

Qeyd edək ki, Samirə ilə Nigar arasında qalmaqal yaşanmışdı. Buna səbəb Nigarın ifaçının geyimini tənqid etməsi olub. Samirə isə daha sonra N.Camalla bağlı  ünvanlanan suala  "Bu sualı atlayaq. Eşitməmiş olum, siz də sualı verməmiş. Mənə önəmlidir insanın statusu, stajı, bu sənətdə qoyduğu illəri, vaxtı, zamanı təcrübəsi, o insandan nə öyrənə biləcəyəm, onda hə... Məsələn, Tünzalə Ağayeva. Heç məni tanımırdılar, amma Tünzalə xanım mənim haqqımda bilirdi. Onun yanında öyrənirdim. Hə, o mənə desə, deməli, nəsə var ki, deyir. Çünki elə-belədən söz deyən adam deyil" cavabını vermişdi.


Etiketlər:  Nigarın adını qalib kimi çəkmək istəmədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ