Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyadan Azərbaycanla Ermənistana təklif

Rusiyadan Azərbaycanla Ermənistana  təklif

Tarix: 6 Noyabr 2021 07:56

Rusiya Xarici İşlər Nazirliyi (XİN) 2020-ci il noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatının imzalanmasının ildönümü ilə bağlı açıqlama yayıb.

Bu barədə Sonxeber.net Rusiya XİN-ə istinadən xəbər verir.

Qeyd olunub ki, rəsmi Moskva dəyişmiş regional reallıqları adekvat nəzərə alaraq beynəlxalq ictimaiyyətin mövcud potensialından səmərəli istifadənin tərəfdarıdır.

Bildirilib ki, Rusiya sonrakı demarkasiyası üçün Azərbaycan-Ermənistan sərhədinin müəyyənləşdirilməsi ilə bağlı danışıqların başlanmasına yardım etməyə hazırdır:

"10 noyabr 2020-ci il tarixli bəyanatda mühüm müddəa qeyd edilib - regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması. Hesab edirik ki, problemin uzunmüddətli həlli Azərbaycan-Ermənistan- dövlət sərhədinin delimitasiyası prosesinə başlanılması və onun sonradan demarkasiyasıdır.

Rusiya tərəflərin tələbi ilə lazımi məsləhətçi yardımı göstərməyə, lazımi kartoqrafik materialı təqdim etməyə, zəngin demarkasiya təcrübəsini digər ölkələrlə bölüşməyə hazırdır".


Etiketlər:  Rusiyadan Azərbaycanla Ermənistana təklif


RƏYLƏR