Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Noyabr 2021 11:18
Birləşmiş Ştatlar bölgədə sülhün və əməkdaşlığın inkişafı məqsədilə 2020-ci ilin payızında Cənub Qafqazda Ermənistan və Azərbaycan arasında yer alan intensiv atışma nəticəsində zərər cəkmiş ərazilərdə humanitar minətəmizləmə əməliyyatlarının həyata keçirilməsi üçün 500 min ABŞ dolları məbləğində yardımın ayrılmasını bəyan etməkdən məmnundur.
Bu barədə Sonxeber.net-a ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib. Bildirilib ki, münaqişə zonasında mövcud olan mina və partlamamış sürsatlar mülki əhali arasında olüm və yaralanma hallarına səbəb olur, iqtisadi inkişafa və məcburi köçkünlərin qayıtmasına maneə törədir.
"ABŞ-ın maliyyə yardımı təhlükə mənbəyi olan mina və partlamamış sürsatların zərərsizləşdirilməsi ilə məşğul olan təşkilatların texniki bacarıqlarının inkişafına təkan verəcək. Bu səylər insanların təhlükəsizliyinin təminatı və məcburi köçkünlərin öz torpaqlarına qaydaraq yeni həyat başlamaqları üçün vacib rol oynayır.
Birləşmiş Ştatlar dünyada adi silahların məhv edilməsi sahəsində ən çox maliyyə ayıran dövlətdir. ABŞ 1993-cü ildən bəri beynəlxalq sülhün və təhlükəsizliyin inkişafı üçün 100-dən çox dövlətə 4 milyard dollardan artıq vəsait ayırmışdır. Bu vəsait mina və partlamamış sürsatların mülki əhaliyə yaratdıqları təhlükələrin aradan qaldırılmasına istifadə olunub.
Erika Olson Dovlət departamentinin avropa və avrasiya məsələləri üzrə bürosunda yeni təyin olunmuş Dövlət Katibinin Köməkçisinin Müavinidir. O, regional əməkdaşlığın inkişafı habelə ikitərəfli münasibətlərin irəliləməsi məsələlərinin müzakirəsi məqsədilə Ermənistana, Azərbaycana, və Gürcüstana səfər edir".