Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yayda quruyan dəriyə qarşı 5 çarə

Yayda quruyan dəriyə qarşı 5 çarə

Tarix: 6 Noyabr 2021 17:48

Dəri quruması yaşlanmanı tezləşdirən ən sürətli vasitədir. Bu zaman dəri tez qırışır, təravətini və elastikliyini itiir.

Sonxeber.net Axşam.az-a istinadən dəri quruluğu ilə mübarizə üsullarını təqdim edir:

Yayda əsasən dəri günəş şüasından zərər görür. Hovuza girdikdən sonra vanna qəbul etməmək isə çatlara səbəb olur.

Küçəyə çıxmadan 30 dəqiqə əvvəl qoruyucu krem çəkin. Kremi hər 2-3 saatdan bir yeniləməyə çalışın.

Dənizə və ya hovuza girdikdən sonra duş qəbul edin. Duzlu və ya xlorlu su dərinizdən təmizlənməlidir.

Dərinin nəmini itirməməsi üçün vanna otağında 10 dəqiqədən çox qalmayın. İlıq su ilə çimin. Gündə bir dəfədən çox duş qəbul etməyin.

Duş qəbul edərkən qurumaya səbəb olacaq vasitələrdən istifadə etməyin. Nəmləndirici tərkibi olan sabun və duş geli alın.

Çoxlu su için. yayda su miqdarını daha da çoxaldın.


Etiketlər:  Yayda quruyan dəriyə qarşı çarə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ