Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Maddi ürək bədəni təmin edər, ruhani ürək isə qəlbi

Maddi ürək bədəni təmin edər, ruhani ürək isə qəlbi

Tarix: 6 Noyabr 2021 20:22

İnsanın hər bir bədən üzvü xüsusi bir iş üçün xəlq olmuşdur. Göz görmək üçün, qulaq eşitmək üçün, burun iyləmək üçün. Amma xəstə olan zaman bu üzvlər işdən düşər.

Ürəyin də özünəməxsus işi vardır. Qəlbin işi oksigeni və qanı bütün bədən üzvlərinə ötürməkdir. Hər bir insanın iki qəlbi vardır. Biri zahiri ürəkdir ki, həmin qan ötürmək vəzifəsini yerinə yetirən orqandır. Biri də ruhani qəlbdir ki, insanın həqiqətidir. Bu ruhani qəlb insana həqiqətləri dərk etməkdə yardım edər. Ürək - hisslərin mərkəzidir. Dərk, qəflət, kin, həsrət, şəkk, təvazökarlıq və müti olmaq - qəlbin işidir. Ona görə də maddi ürəyin ruhani ürəklə fərqi vardır. (Tebyan)

O zaman ki, qan ürək damarlarının birinə az gedərsə, oksigen kifayət qədər ona çatmaz və bu zaman ürək işdən düşər. Oksigen olmasa, insan sağ qalmaz. Ruh da bu ürək kimidir. O zaman ki, Allahla rabitəsini kəsər, insanın ruhi qüvvəsi işdən düşər və insan qafil olar.

Ürək insan bədənini qan vasitəsilə qidalandırar, Allahla olan rabitə isə ruha həyat verər. İnsanın ruhu əgər uzun müddət cahil və zəif olarsa, dünyaya bağlanar. Dünya malı onun üçün əsl hədəf olar. Günah insanı əhatə edər və ruhun qüdrətini məhdudlaşdırar.

Beləliklə deyə bilərik ki, o zaman ki, qəlb sağlamdır - yaxşı işləyər. Əgər xəstə və ya nöqsanlı olarsa, öz vəzifəsini yerinə yetirə bilməz. Qiyamət günü insan üçün ən dəyərli şey - sağlam qəlbdir. Sağlam qalb odur ki, pak və təmiz olsun və orada kindən, küdurətdən, günahdan əsər qalmasın.

Ancaq o qəlb ki, üsyan, kin, düşmənçilik sayəsində işdən düşər, İlahi aləmdən qidalana bilməz və nəticədə elə bir dəyərsiz əşyaya çevrilər ki, heç şeytan da belə, ona yaxın durmaz. "O gün ki, malın və oğulların bir faydası olmayacaq". "Yalnız (fəsadlı əqidələrdən və əxlaqdan) salamat (sağlam) bir qəlblə Allahın hüzuruna gələn kimsədən başqa!". ("Şuəra" 88-89).

Milli.Az


Etiketlər:  Maddi ürək bədəni təmin edər ruhani ürək isə qəlbi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ