Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Noyabr 2021 11:34
Sloveniyada pandemiya ilə mübarizədə müvəqqəti olaraq daha sərt məhdudlaşdırıcı tədbirlər qüvvəyə minəcək.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Sloveniyanın səhiyyə naziri Yanez Poklyukar bildirib.
Qeyd edilir ki, bazar ertəsindən etibarən gecə klubları müvəqqəti bağlanacaq, restoranlar yerli vaxtla saat 22:00-a qədər xidmət göstərəcək.
Ölkənin demək olar ki, istənilən yerinə səfər etmək üçün 12 yaşdan yuxarı vətəndaşların koronavirus testinin nəticəsi neqativ olmalı və ya koronavirusa qarşı peyvənd olunmalı və ya sağaldıqları müddət altı aydan çox olmamalıdır.
Mağazalarda hər 10 kv/m əraziyə bir ziyarətçi qəbul etmək mümkün olacaq. Sosial-mədəni və idman tədbirləri zamanı insanlar arasında bir boş yer qalmalıdır. Bundan əlavə, yalnız FFP2 qoruyucu tibbi maska və respiratorların istifadəsinə icazə veriləcək, parça maskadan istifadə qadağan ediləcək.
Sloveniyada son sutka ərzində koronavirusa 3 662 yeni yoluxma hadisəsi aşkarlanıb, ümumi yoluxma sayı 353 660 nəfərə çatıb.