Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kişi öz həyat yoldaşının atasıgilə getməsinə qadağa qoya bilərmi?

Kişi öz həyat yoldaşının atasıgilə getməsinə qadağa qoya bilərmi?

Tarix: 7 Noyabr 2021 21:22

Ümumiyyətlə, şəriətə əsasən, qadın evdən çıxarkən mütləq ərindən icazə almalıdır, əri qadağan edərsə evdən çıxması düzgün deyildir. Bu məsələdə qadının hara getməsinun fərqi yoxdur, ata evinə də, başqa bir yerə də getmək üçün icazə alması lazımdır. Qadın bu qaydaya əməl etmirsə, günah qazanır və ərinin haqqını pozur. Lakin eyni zamanda, kişinin öz qadınını ata evinə getməyə qoymaması da düzgün hərəkət deyil. Ümumiyyətlə, İslamda qohumlarla sıx rabitə saxlamaq təkid edilir, qohumluq əlaqələrini kəsmək isə mənfi qarşılanır. Əlbəttə, ailələr arasındakı gərginliyin müxtəlif səbəbləri ola bilər. Lakin hər bir halda ailədə qarşılıqlı anlaşma və güzəşt hökm sürməlidir. Qadın və kişi bir-birinin hüquqlarına ehtiramla yanaşmalıdır. Aradakı gərginliyin səbəbləri araşdırılmalı və problem ədalətli şəkildə həll edilməlidir. Qadın ərinə itaət etməli, ailəlıri barışdırmaq üçün əlindən gələni əsirgəməmlidir.

Milli.Az


Etiketlər:  Kişi öz həyat yoldaşının atasıgilə getməsinə qadağa qoya bilərmi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ