Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yerə çörək düşdüyünü görəndə mütləq götürüb öpüb göz üstə qoymaq lazımdır?

Yerə çörək düşdüyünü görəndə mütləq götürüb öpüb göz üstə qoymaq lazımdır?

Tarix: 7 Noyabr 2021 23:12

Çörək - bərəkət və həyat deməkdir. Bütün ümmətlərdə və xalqlarda çörəyə xüsusi ehtiram olub. Dünyanın bir çox xalqlarının, o cümlədən Azərbaycanın atalar sözlərində çörəklə bağlı fikirlər buna sübutdur. Dinimizdə də Allahın nemətlərinə və bərəkətə qarşı sayğılı davranmaq, bunların qədrini bilmək və bunlara görə Allaha şükür etmək təbliğ olunur. Ənənəyə görə, harda yerə çörək və ya başqa ərzaq düşdüyünü görsələr, onu qaldırıb ayaq altından daha yüksək bir yerə qoyurlar. Əgər çörək təmiz yerə düşübsə, onu qaldırıb əvvəlcə göz üstə qoyur və öpürlər. Əlbəttə, natəmiz yerlərdə sonuncu hərəkəti etmək məsləhət deyil. Çörəyi öpmək və göz üstünə qoymaq dini bir vəzifə deyil, bunu etməyən də günah qazanmır. Bu, xalq inancından qaynaqlanan bir ənənədir. Çörəklə ehtiramla davranmaq, onu israf etməmək, natəmiz yerə düşməsinə imkan verməmək isə insanlıq və müsəlmanlıq borcumuzdur.


Etiketlər:  Yerə çörək düşdüyünü görəndə mütləq götürüb öpüb göz üstə qoymaq lazımdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ