Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Noyabr 2021 23:56
İslam dini insanlara çətinlik və gərginlik deyil, asanlıq və rahatlıq gətirmək üçün Allah tərəfindən göndərilib. Dinimizin bütün hökmləri dünya və axirət səadətinə, harmoniyaya hədəflənib. Bəzi Quran ayələri və hədislər də bunu sübut edir. Şəriətə əsasən, əgər insan hər hansı məsələdə şəkkə (şübhəyə) düşürsə, zənninin ağırlıq etdiyi tərəfə yönəlməlidir. Əgər zənni onu hər hansı tərəfə çəkmirsə və qərar verə bilmirsə, bu halda ən az əziyyətə və çətinliyə səbəb olan tərəfi əsas götürməlidir. Məsələn, əgər insan bir müddət namaz qılmadığını dəqiq bilirsə, amma bu müddətin azı 5 ay, çoxu 6 ay olması barədə şübhəsi varsa, 5 aylıq namazların qəzasını qılması kifayət edər. Həmçinin, əgər bir dörd rükətli namazı qəzaya verdiyini bilsə, amma onun zöhr ya işa namazı olduğunu heç cür xatırlmasa, qəza niyyəti ilə bir dörd rükətli namaz qılması kifayətdir.