Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünya bazarında neft bahalaşıb

Dünya bazarında neft bahalaşıb

Tarix: 8 Noyabr 2021 11:38

Yüksək tələbat və OPEC+ alyansının qərarı fonunda dünya bazarlarında neft bahalaşıb.

Sonxeber.net "Prime" agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 09.00-a olan məlumata görə, Şimal dənizində hasil olunan "Brent" neftinin yanvar fyuçersləri 1,11% bahalaşaraq, 1 bareli 83,66 ABŞ dollarına satılıb. WTI neftinin dekabr fyuçerslərinin qiyməti isə 1,23% artaraq, 1 bareli 82,27 ABŞ dolları təşkil edib.

Analitiklərin sözlərinə görə, Sədiyyə Ərəbistanının "Saudi Aramco" şirkətinin neftin dekabr ayı üçün rəsmi buraxılış qiymətini artırması tələbin yüksək olmasından xəbər verir.

Bundan başqa, neft treyderləri OPEC+ alyansının gündəlik hasilatın 400 min barel artırılması ilə bağlı planı dəyişməməklə bağlı qərarına da diqqət yönəldirlər.


Etiketlər:  Dünya bazarında neft bahalaşıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ