Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstanda koronavirusdan ölüm halları artacaq

Gürcüstanda koronavirusdan ölüm halları artacaq

Tarix: 8 Noyabr 2021 19:32

Gürcüstanda koronavirusdan ölüm hallarının atımı gözlənilir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu bəyanatla Gürcüstan Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze çıxış edib.

Onun sözlərinə görə, hazırda COVID-19 virusu ilə əlaqədar xəstəxanalara, xüsusən də reanimasiya şöbələrinə yerləşdirilən xəstələrin böyük əksəriyyəti vaksinasiya olunmayan insanlardır.

"Koronavirus ölümlərindən danışmaq çətindir, amma təəssüf ki, bizdə ölüm halları artacaq, çünki ağır xəstələrin 1500-dən çoxu tibb müəssisələrindədir və onlardan 300-dən çoxu ağciyərin süni ventilyasiyası cihazlarına qoşulub", - deyə Qamkrelidze vurğulayıb.

O, əhalini kütləvi vaksinasiya marafonuna fəal qoşulmağa dəvət edib. Bildirib ki, koronavirusa yoluxmanın və bu virusdan ölüm hallarının qarşısının alınmasının yeganə yolu vaksinasiyadır.


Etiketlər:  Gürcüstanda koronavirusdan ölüm halları artacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ