Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gənc kursantların ali hərbi məktəbə qəbul olmaları münasibətilə tədbir keçirilib

Gənc kursantların ali hərbi məktəbə qəbul olmaları münasibətilə tədbir keçirilib

Tarix: 24 Avqust 2019 18:28

Bakı. Trend:

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə gənc kursantların qəbulu münasibətilə tədbir keçirilib.

Trend-in məlumatına görə, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni ifa olunub.

Tədbirdə çıxış edənlər gənc kursantlara Vətənə, dövlətə və Ali Baş Komandana, hərbi anda sadiq olmalarını, nümunəvi, nizam-intizamlı xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini daim artırmalarını, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini, işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda döyüşə hər an hazır olmalarını tövsiyə ediblər.

Çıxışlardan sonra Bakı şəhər Mədəniyyət Baş İdarəsinin incəsənət nümayəndələrinin rəngarəng konsert proqramı maraqla izlənilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Gənc kursantların hərbi məktəbə qəbul olmaları münasibətilə tədbir keçirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ