Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Noyabr 2021 07:28
Türkiyənin Konya vilayətinin Meram bölgəsində 5,1 bal gücündə zəlzələ baş verməsi nəticəsində xəsarət alanların sayı ikiyə çatıb.
Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) bildirib ki, 1 saat ərzində 9 yeraltı təkan qeydə alınıb. Bunun nəticəsində azı 5 ev dağıntıya məruz qalıb. Zəlzələ ocağı 10,61 kilometr dərinliyində yerləşib. İlk zəlzələ yerli vaxtla saat 20:43-də baş verib. Bundan sonra daha bir neçə zəlzələ qeydə alınıb.
Təbii hadisə zamanı xəsarət alanların sayı iki nəfərə çatıb. Yerli mətbu orqanlar eyni zamanda zəlzələ zamanı qorxuya düşən iki şagirdin də Beyşəhir Dövlət Xəstəxanasına müraciət etdiyini xəbər verib.
Ölənlər barədə məlumat yoxdur.
Yeraltı təkanlar ətraf ərazilərdə də hiss edilib. Zəlzələ sakinlər arasında təşvişə səbəb olub. Təbii hadisə zamanı bəzi tikililərə ziyan dəyib. Zərər çəkən iki tikilidə yaşayışın olmadığı bildirilir.