Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Bəzən birilərinin eqosu başqalarının taleyini dəyişə bilər" - "Səs"in münsiflərini qınadı

Tarix: 9 Noyabr 2021 16:20

Rejissor Kənan Mahmudov da "Səs Azərbaycan" yarışmasının münsiflərini tənqid edib. 

Milli.Az olay-a istinadən xəbər verir ki, Kənan onları Röyal Musa adlı iştirakçıya dönmədikləri üçün qınayıb:

"Hörmətli münsiflər, yanınıza bir kreslo qoyun. Bu istedadlı gənc orada otursun. Siz bu səsə dönmədiniz? Çox söz yazardım, amma aid olduğum yer buna imkan vermir. Bu sözü çəkinmədən deyirəm, sənin səsin bəzi xalqın tanımadığı Xalq artistlərindən çox gözəldir. Bəzən birilərinin eqosu başqalarının taleyini dəyişə bilər. Sən bir dənəsən, tanımadığım dostum. Sən heç narahat olma. Bu sənətdə çox insan öz yerində deyil. Sənə uğurlar, Röyal Musa. İctimai TV-ni niyə izləmədiyimi bir az anladım. Söz sevirəm bir film ya da serialımda irandan mütləq istifadə edəcəm. Bunu 15 il 250 klip çəkən musiqi duyumu olan bir insan kimi deyirəm".

Qeyd edək ki, sözügedən müsabiqənin münsifləri Xalq artistləri Brilliant Dadaşova və Tünzalə Ağayeva, müğənni-bəstəkar Murad Arif, müğənni Eldar Qasımovdur.

Milli.Az


Etiketlər:  Bəzən birilərinin eqosu başqalarının taleyini dəyişə bilər Səsin münsiflərini qınadı


RƏYLƏR