Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Noyabr 2021 18:14
"Doktorlar" serialı ilə tanınan aktrisa Yasemin Özilhanın geyimi tənqid edilib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, keçmiş modelin sonuncu paylaşımında əynində olan şalvar izləyicilər tərəfindən bəyənilməyib.
Yaseminin ünvanına "Fərqli olmaq üçün belə bir geyin seçməyə ehtiyac yoxdur", "Şalvar deyəsən babasınındır", "Bu nə geyimdir", "Yerində olsaydım, fotonu silərdim" kimi şərhlər gəlib.
Qeyd edək ki, iş adamı İzzet Özilhanla ailə quran aktrisanın Ela və Emina adlı 2 qızı var.