Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Evlənməyə düşündüyümüz qadına baxmaq, onunla görüşüb söhbət etmək olarmı?

Evlənməyə düşündüyümüz qadına baxmaq, onunla görüşüb söhbət etmək olarmı?

Tarix: 9 Noyabr 2021 21:40

Bir kişinin evlənmək istədiyi qadına baxması caiz, hətta sünnədir. Çünki Muğirə ibn Şöbə (ra) bir qadına talib olduğunda Hz. Peyğəmbər (sav) ona belə buyurmuşdur: "Ona bax, görüş. Çünki bu, aranızda sevginin davamına vəsilə olar." (Tirmizi, Nikah, 5; Nəsai, Nikah, 17; İbn Macə, Nikah, 9)

Qadının da evlənəcəyi kişini görməsi sünnədir.

İstər kişi olsun, istərsə də qadın, bir-birlərini görmədən evlənmələri doğru deyildir. Hər kəsin zövqü və xoşlanıb xoşlanmadığı şeylər çox fərqli-fərqlidir. Birinin xoşuna gəlməyən bir kişi və ya qadın digərinin xoşuna gedə bilər. Evlilik baş verdikdən sonra dönüş çox daha çətin olur. Ona görə də evlənmədən öncə İslami ölçülər içində, ümumə açıq yerlərdə görüşmək evliliyin davamlılığı baxımından faydalıdır.


Etiketlər:  Evlənməyə düşündüyümüz qadına baxmaq onunla görüşüb söhbət etmək olarmı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ