Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Katolik kilsəsi pedofillik qurbanları ilə hesablaşacaq

Katolik kilsəsi pedofillik qurbanları ilə hesablaşacaq

Tarix: 10 Noyabr 2021 09:40

Fransa Katolik Kilsəsi seksual zorakılıq qurbanlarına mənəvi təzminat vermək üçün kilsə əmlakını satmağa razılaşıb.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, Fransa Yepiskop Konfransının prezidenti və Fransanın Reyms şəhərinin arxiyepiskopu Erik de Mulen-Bofor kilsənin "institusional məsuliyyətini" tanıdığını və təzminat yolu ilə getməyə qərar verdiyini deyib. Bu məqsədlə yepiskoplar daşınmaz əmlakın və digər aktivlərin satışı hesabına maliyyələşən fond yaradacaqlar.

"Lazım gələrsə, biz də öhdəliklərimizi yerinə yetirmək üçün kreditlər almağa hazırıq", - deyə o, bildirib. Bununla belə Mulen-Bofor, kompensasiyanın məbləği və kilsənin onları necə ödəmək niyyətində olduğu barədə məlumat verməyib.

Bundan əlavə, yepiskoplar Papadan hər bir yepiskop və yeparxiyanın yetkinlik yaşına çatmayanlara qarşı ayrı-ayrı zorakılıq halları ilə necə məşğul olduğuna nəzarət etməsi üçün xüsusi elçilər göndərməsini xahiş etmək qərarına gəlib.

Milli.Az


Etiketlər:  Katolik kilsəsi pedofillik qurbanları ilə hesablaşacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ